Irada Abbasova, M.A., M.P.S. Almaniyada alman və azərbaycan dilləri üzrə andlı tərcüməçi

Alman dili üzrə səlahiyyət verilmiş andlı tərcüməçi

İradə Abbasova - Frankfurt andlı alman-azərbaycan tərcüməçi
Frankfurt-Mayn Əyalət Məhkəməsi
Səlahiyyət verilmiş andlı tərcüməçi
2011-ci ildən
Peşəkar yazılı və şifahi tərcüməçi
BDÜ
2016-cı ildən üzv

İradə Abbasova haqqında qısa məlumat

İradə Abbasova Frankfurt-Mayn Əyalət Məhkəməsinin sədri tərəfindən səlahiyyət verilmiş, alman və azərbaycan dilləri üzrə andlı yazılı və şifahi tərcüməçidir. Frankfurt-Mayn şəhərində fəaliyyət göstərir. Onun təsdiqlədiyi tərcümələr Almaniyanın bütün əyalətlərində dövlət qurumları, məhkəmələr və notariuslar tərəfindən qəbul edilir.

Fəaliyyət
Səlahiyyət verilmiş andlı yazılı və şifahi tərcüməçi (Frankfurt-Mayn Əyalət Məhkəməsi)
Dillər
Azərbaycan dilindən alman dilinə və alman dilindən azərbaycan dilinə
Xidmətlər
Sənədlərin rəsmi (andlı) tərcüməsi, şifahi tərcümə (ardıcıl, sinxron, pıçıltılı), mətnlərin korrektəsi
Ünvan
Letzter Hasenpfad 13, 60598 Frankfurt am Main
Telefon
+49 69 46939010
Mobil və WhatsApp
+49 171 8930304
Azərbaycandan əlaqə
+994 55 507 96 66 (mobil və WhatsApp)
E-poçt
[email protected]
Qiymətlər
Şəhadətnamə, arayış və təhsil sənədləri kimi standart sənədlər üçün sabit qiymət, digərləri həcmə görə. Böyük sifarişlər üçün endirim.
Təcrübə
2011-ci ildən peşəkar tərcüməçi, 2016-cı ildən BDÜ üzvü
Frankfurt am Main

Haqqımda

1998-ci ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq əlaqələr” fakultəsini bakalavr diplomu ilə bitirdikdən sonra Berlin Humboldt Universitetinde “Mərkəzi Asiya və Qafqazşünaslıq” fakultəsində ilk magistr təhsilimi almışam (Master of Arts; M.A). Daha sonra Hamburg Universitetində “Təhlükəsizlik siyasəti və sülhşünaslıq” ixtisası üzrə ikinci magistr təhsilimi (Master of Peace and Security Studies; M.P.S.) bitirmişəm. 2011-ci ildən etibarən professional andlı tərcüməçi (yazılı və şifahi) kimi fəailiyyət göstərirəm.

2016-cı ildən etibarən Federal tərcüməçilər birliyinin (BDÜ) rəsmi üzvüyəm

Federal Tərcüməçilər Birliyinin (BDÜ) üzvü

Xidmətlər

Yazılı andlı tərcümələr

Frankfurt-Mayn Əyalət məhkəməsinin sədri tərəfindən səlahiyyət verilmiş alman və azərbaycan dilləri üzrə andlı tərcüməçi qismində sənədlərinizin hər iki dil istiqamətində professional tərcüməsini hazırlanması üçün mənə müraciət edə bilərsiniz. Tərcümə ediləcək mətnlər mövzusundan və çətinlik dərəcəsindən asılı olmayaraq istənilən ixtisas sahələrini, o cümlədən tibbi, hüquqi, texniki, elmi və s. əhatə edə bilər.

Ətraflı

Şifahi andlı tərcümə xidmətləri

Alman və azərbaycan dilləri üzrə andlı tərcüməçi qismində dillər və mədəniyyətlər arasında rəvan və dəqiq ünsiyyəti təmin etmək üçün rəsmi qurum və idarələr, məhkəmə, rəsmi səfərlər, konfranslar, işgüzar görüşlər və digər tədbirlərdə şifahi tərcümə xidmətlərimi sizlərə təklif edirəm. Şifahi tərcümə xidmətləri simultan, ardıcıl eləcə də pıçıltılı tərcümə növlərini əhatə edir.

Ətraflı

Tərcümələrin “notarial” təsdiqi

Rəsmi “notarial” tərcüməyə ehtiyacınız var? Azərbaycandan fərqli olaraq Almaniyada tərcümələr notariauslar deyil, məhkəmə tərəfindən səlahiyyət verilmiş andlı tərcüməçilər tərəfindən təsdiqlənir və bununla da rəsmi tərcümə statusu qazanır. Mən rəsmi andlı tərcüməçi qismində tərcümələrimi şəxsən möhür ilə təsdiq edirəm. Təsdiq qeydi, möhürüm və imzam ilə təsdiqlənmiş tərcümələrim rəsmi statusa malikdir və bütün dövlət qurumları tərəfindən tanınır.

Ətraflı

Mətnlərin korrektə olunması

Alman və ya azərbaycan dillərində tərtib etdiyiniz mətnlərinizin qrammatik səhvlərinin düzəldilməsi, üslub və linqvistik nüanslara uyğun olaraq korrektə olunması üçün müraciət edə bilərsiniz.

Sənədinizi tərcümə etdirmək istəyirsiniz?

Sənədin skanını e-poçt və ya WhatsApp ilə göndərin. Qiymət və hazır olma müddəti barədə cavab alacaqsınız.

Sizin Beynəlxalq arenada vasitəçiniz

Rəsmi “notarial” tərcüməyə ehtiyacınız var? Azərbaycandan fərqli olaraq Almaniyada tərcümələr notariauslar deyil, məhkəmə tərəfindən səlahiyyət verilmiş andlı tərcüməçilər tərəfindən təsdiqlənir və bununla da rəsmi tərcümə statusu qazanır. Mən rəsmi andlı tərcüməçi qismində tərcümələrimi şəxsən təsdiq edirəm. Təsdiq qeydi, möhürüm və imzam ilə təsdiqlənmiş tərcümələrim rəsmi statusa malikdir və bütün dövlət qurumları tərəfindən tanınır.

Tərcümələr üçün honorarın məbləği əsasən tərcümə edilən sənədlərin həcmindən asılıdır. Standart sənədlər - şəhadətnamələr, arayışlar, təhsil sənədləri və s. üçün sabit qiymətlər mövcuddur. Daimi müştərilər və ya böyük həcmli sifarişlər üçün endirimlər olunur. Daha dəqiq məlumat üçün əlaqə saxlamanız xahiş olunur.

Bizə yazın:

Tərcümə xidmət şərtləri və qiymət barədə məlumat almaq üçün buradan sorğunuzu göndərə bilərsiniz.