Almaniyada rəsmi (andlı) tərcümə

Frankfurt-Mayn Əyalət Məhkəməsinin sədri tərəfindən səlahiyyət verilmiş andlı tərcüməçi kimi sənədlərinizi azərbaycan dilindən alman dilinə və alman dilindən azərbaycan dilinə tərcümə edirəm. Təsdiq qeydi, möhürüm və imzam olan tərcümələr rəsmi statusa malikdir və Almaniyanın bütün əyalətlərində dövlət qurumları tərəfindən qəbul edilir.

Rəsmi tərcümə möhürü - alman-azərbaycan tərcümə

Almaniyada tərcüməni notarius deyil, andlı tərcüməçi təsdiqləyir

Azərbaycandan fərqli olaraq Almaniyada tərcümələr notarius tərəfindən deyil, məhkəmə tərəfindən səlahiyyət verilmiş andlı tərcüməçi tərəfindən təsdiqlənir. Yəni Almaniyada istifadə ediləcək sənəd üçün ayrıca “notarial tərcümə” lazım deyil - andlı tərcüməçinin möhürü və imzası kifayətdir.

Hansı sənədləri tərcümə edirəm

Məsələn:

  • Doğum, nikah, boşanma və ölüm haqqında şəhadətnamələr
  • Attestat, diplom, bakalavr və magistr diplomları, qiymət cədvəlləri
  • Sürücülük vəsiqəsi və şəxsiyyət sənədləri
  • Arayışlar, məhkumluq haqqında arayış və digər rəsmi sənədlər
  • Müqavilələr, etibarnamələr, məhkəmə qərarları
  • Tibbi sənədlər və texniki mətnlər

Nə üçün lazım olur

Məsələn: Almaniyada nikah bağlamaq (Standesamt), ailə birləşməsi və yaşayış icazəsi (Ausländerbehörde), diplomun tanınması (Anerkennung), sürücülük vəsiqəsinin dəyişdirilməsi, məhkəmə və notarius işləri, iş yerinə müraciət. Alman sənədlərini Azərbaycanda istifadə etmək üçün də tərcümə edirəm.

Qiymətlər

Qiymət əsasən sənədin həcmindən asılıdır. Şəhadətnamələr, arayışlar, təhsil sənədləri kimi standart sənədlər üçün sabit qiymətlər mövcuddur. Böyük həcmli sifarişlər və daimi müştərilər üçün endirim edilir.

Necə sifariş etmək olar

  • Sənədin surətini və ya skanını e-poçt və ya WhatsApp ilə göndərin
  • Qiymət və hazır olma müddəti barədə cavab alın
  • Tərcümə hazırlanır və möhür və imza ilə təsdiqlənir

Tez-tez verilən suallar

Tərcümə Almaniyanın bütün şəhərlərində qəbul olunurmu?

Bəli. Məhkəmə tərəfindən səlahiyyət verilmiş andlı tərcüməçinin tərcümələri yalnız Hessendə deyil, Almaniyanın bütün əyalətlərində qəbul edilir.

Sənədə apostil lazımdırmı?

Bu, sənədi təqdim etdiyiniz qurumdan asılıdır. Azərbaycan sənədinin orijinalına apostil tələb olunub-olunmadığını həmin qurumdan əvvəlcədən soruşmağınız tövsiyə olunur.

Azərbaycandan sənəd göndərə bilərəmmi?

Bəli, sorğu üçün sənədin skanını e-poçt və ya WhatsApp ilə göndərə bilərsiniz. Azərbaycandan əlaqə üçün: +994 55 507 96 66.

Alman dilindən azərbaycan dilinə də tərcümə edirsinizmi?

Bəli, hər iki istiqamətdə tərcümə edirəm.

Sənədinizi tərcümə etdirmək istəyirsiniz?

Sənədin skanını e-poçt və ya WhatsApp ilə göndərin. Qiymət və hazır olma müddəti barədə cavab alacaqsınız.