Frankfurtda andlı şifahi tərcüməçi

Alman və azərbaycan dilləri üzrə andlı tərcüməçi kimi məhkəmədə, notariusda, dövlət qurumlarında, eləcə də işgüzar görüşlərdə və konfranslarda dəqiq ünsiyyəti təmin edirəm. Ardıcıl, sinxron və pıçıltılı tərcümə xidmətləri göstərirəm.

Rəsmi tərcümə möhürü - alman-azərbaycan tərcümə

Harada şifahi tərcümə edirəm

Məsələn:

  • Məhkəmə prosesləri
  • Nikah mərasimi (Standesamt)
  • Notariusda müqavilələr və etibarnamələr
  • Ausländerbehörde və digər dövlət qurumları
  • İşgüzar görüşlər, danışıqlar və konfranslar
  • Rəsmi səfərlər və tədbirlər

Şifahi tərcümə növləri

  • Ardıcıl tərcümə - məsələn, məhkəmə, notarius və ya dövlət qurumunda
  • Sinxron tərcümə - məsələn, konfranslarda
  • Pıçıltılı tərcümə - bir və ya bir neçə nəfər üçün

Frankfurt və ətrafı

Ünvanım Frankfurt-Mayndadır (Sachsenhausen). Başqa şəhərlərdə görüşlər üçün əlaqə saxlayın.

Təcrübə

2011-ci ildən peşəkar tərcüməçi kimi çalışıram, 2016-cı ildən Federal Tərcüməçilər Birliyinin (BDÜ) üzvüyəm. Bakı Dövlət Universitetini, Berlin Humboldt Universitetini (M.A.) və Hamburq Universitetini (M.P.S.) bitirmişəm.

Tez-tez verilən suallar

Məhkəmə və ya Standesamt üçün andlı tərcüməçi lazımdırmı?

Adətən bəli. Məhkəmələr, Standesamt və notariuslar bir qayda olaraq andlı tərcüməçi tələb edirlər. Mən alman və azərbaycan dilləri üzrə andlı tərcüməçiyəm.

Nə qədər əvvəl müraciət etməliyəm?

Görüşün tarixi bəlli olan kimi. Tarix, saat, ünvan və görüşün növünü yazın - boş vaxtım və qiymət barədə cavab verəcəyəm.

Sənədinizi tərcümə etdirmək istəyirsiniz?

Sənədin skanını e-poçt və ya WhatsApp ilə göndərin. Qiymət və hazır olma müddəti barədə cavab alacaqsınız.